Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinauətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və S.Cəfərov məhkəmə zalında həbs edilib. Qeyd edək ki,hadisə ötən ilin dekab ayında Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb. Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Xaçmaz rayonu, Müşkür kənd sakini 52 yaşlı Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini, 45 yaşlı Yarəliyev Allahverən Zülfüqar oğlu olub. Qəza zamanı “VAZ 21015” də olan sərnişinlər Masallı rayon Ərkivan kənd sakinəri 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. İstintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. İki uşaq atası olan S.Cəfərov həm də ikinci qrup əlildir.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










