Polis mülki geyimdə gözəllik salonlarında reyd keçirib - VİDEO - FOTO

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Report xəbər verir ki, budəfəki reyd paytaxtın Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında keçirilib.
Belə ki, mülki geyimdə olan polis əməkdaşları tərəfindən keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda hərəkət iştirakçıları və sürücülərlə profilaktik söhbətlər aparılıb.
Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində, gözəllik salonlarında eləcə də digər qapalı məkanlarda, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.
Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə bu kimi kütləvi yoxlama-nəzarət tədbirləri bütün ölkə üzrə mütəmadi olaraq həyata keçirilir.



Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR










