Polis narkotik daşıyan göyərçini güllələdi

Argentina polisi həbsxanaya narkotik daşıyan poçt göyərçinini güllələyərək öldürüb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə həbsxana rəsmiləri deyib. b Göyərçin Santa Rosa şəhərində yerləşən həbsxanaya uçarkən müşahidə edilib. Məlumata görə, polis zabitləri göyərçinin belində daşıdığı kiçik çantanın içində uyuşdurucu həblər, marixuana və bir USB kartı aşkar ediblər. Bu qaçaqmalçılıq üsulu bundan əvvəl aşkar edilib və araşdırılıb, Clarin qəzeti yazır. Ölü göyərçinin şəklini dərc edən qəzetdə, onun belində daşıdığı kiçik çantanın içində 44 Rivotril uyuşdurucu dərman həbləri, 7,5 qram marixuana və bir USB fləş kartı olduğu deyilir. Argentina penitensiar xidməti 2013-cü ildə qaçaqmalçıların göyərçinlərdən istifadə etdiyi barədə xəbərdarlıq verib. 2013-cü ildə həyata keçirilən polis əməliyyatı nəticəsində üç nəfər saxlanılıb və 15 göyərçin ələ keçirilib, Clarin deyib. Bu ilin əvvəli, belində kiçik çantada 178 ketamin həbi daşıyan poçt göyərçini, Küveytdə, İraqla sərhədin yaxınlığında saxlanılmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












