Polis niderlandlı turisti çətin vəziyyətdən xilas etdi

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində olduğu müddətdə pul qabını itirməsi barədə məlumat verib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, o, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib.
Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May" stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər.
Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyatı üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun "Azadlıq" stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pul qabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər.
Əcnəbi turist pul qabının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, opertaviliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ










