Polis “Papanin” və “Kubinka”da narkotiklə bağlı əməliyyat keçirdi; 16 nəfər saxlanıldı - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?













