Polis parlamentdə axtarış aparır

Fransa polisi dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində ölkə parlamentində axtarış aparır. Avtosfer.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, müstəntiqlər prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşının adının hallandığı cinayət işinə (“Penelopa Fiyonun işi”) aid sənədləri axtarır. İstintaqın qənaətinə görə, həmin sənədlərdə F. Fiyonun baş nazir olduğu zaman həyat yoldaşına hansı məbləğdə maaş təyin etdiyi göstərilir. Fransa mətbuatının apardığı araşdırma nəticəsində məlum olub ki, Penelopa Fiyon bir neçə il ərzində F. Fiyonun parlamentdə köməkçisi olub və buna görə məvacib alıb. Konkret iş görməyən P. Fiyon bu müddət ərzində 500 min avro alıb. Fransa prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb. F. Fiyon və həyat yoldaşı ayrılıqda 5 saat ərzində müstəntiqlərin suallarını cavablandırıblar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












