Polis qanunsuz olaraq 22 nəfəri qətlə yetirib - Meksikada

Meksika Federal Polisi 2015-ci ilin mayında Miçoakan ştatında cinayətkarlarla toqquşmadan sonra 22 nəfəri qanunsuz olaraq öldürüb.
Avtosfer.az xəbər verir ki, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Latın Amerikası ölkəsinin insan haqları üzrə milli komissiyasının rəhbəri Luis Qonsales Peres məlumat verib.
Burada söhbət Tanuato bələdiyyəsi ərazisindəki döyüşdən gedir. Həmin vaxt hakimiyyət orqanlarına çoxlu sayda silahlı şəxsin ərazidəki evlərdən birinə basqın etməsi barədə məlumat daxil olub. Meksikanın təhlükəsizlik üzrə milli müvəkkili Monte Alexandro Rubido o vaxt bildirmişdi ki, 42 cinayətkar öldürülüb, 3 nəfəri saxlanılıb, 1 polis həyatını itirib.
"Federal polis işçiləri tərəfindən insan hüquqlarının ciddi pozuntuları hissəsində faktlar təsdiqini tapıb", - deyə Qonsales bildirib. O qeyd edib ki, tərəflərin verdiyi itkilərdə məhz bu qədər böyük fərq məhkəmədənkənar qırğının olmasına şübhə yaradıb.
Meksika hökuməti Tanuatoda öldürülən insanlarının cəsədlərinin yarılmasından sonra nəticələri açıqlamaqdan imtina edib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












