Polis qanunsuz saxlanılan silahları müsadirə edib

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb. Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.
Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə, 5 ədəd - 2 ədəd “TOZ-16”, 1 ədəd “BUM”, 1 ədəd “Tula” və 1 ədəd “İJ” markalı tüfənglər götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov “İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib.
Silahlar aidiyyatı üzrə təhvil verilib.
Fərid
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










