Banner

Polis “Qəbələ”nin futbolçusunu aeroportda saxladı

Gündəm 10 Dekabr 2016 19:45 Oxunub 1561
Polis “Qəbələ”nin futbolçusunu aeroportda saxladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məlumatı klubdan da təsdiqləyiblər

Avropa Liqasının qrup mərhələsinin son turunda “Maynts”la qarşılaşan “Qəbələ”nin futbolçusu Teo Uiks Almaniyaya səfər zamanı problemlə üzləşib. Avtosfer.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb "qırmızı-qaralar"ın legionerinin Portuqaliyadan aldığı oturum icazəsinin müddətinin bitməsi olub. 4 dekabr tarixinə qədər oturum icazəsi olan liberiyalı yerli polis tərəfindən saxlanılıb. Daha sonra isə məsələ öz müsbət həllini tapıb. Sonradan futbolçuya 3 günlük Almaniya vizası verilib. Məlumatı klubdan da təsdiqləyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh