Polis qonşusunu bıçaqlayıb - Qubada

Azərbaycanda keçmiş polis əməkdaşı qonşusunu bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Quba rayonunda baş verib. Belə ki, rayonun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib. B.Paşayev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən xəbər tutan S.Məmmədovun qardaşı Məmmədov Vidadi Mahir oğlu xəstəxanaya gəlib və burada müayinə olunan B.Paşayevi bıçaqlayıb. Münaqişəyə səbəb S.Məmmədov və B.Paşayev arasındakı mübahisə olub.
Xəstəyə döş qəfəsinin hər iki tərəfin arxa səthinin kəsilmiş, didilmiş yaraları, sifətin, başın kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin termiki yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağırdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə, işdən çıxarılıb.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












