Polis Qusarda oğurluq edənləri Bakıda yaxaladı

Mayın əvvəlində köhnə tanışlar oturub xeyli düşündülər. Sonda «şimal»a getmək qərarına gəldilər. Fikirləşdilər ki, qonaq-qaranın çox olduğu bu bölgədə kimdi onları tanıyan. Elə planları üzrə də hərəkət etdilər. Ertəsi gün hava açılar-açılmaz üz tutdular Qubaya. Şəhəri xeyli dolaşdılar. Nəhayət, bir zərgərlik mağazasının qarşısında dayandılar. Mağazadan çıxıb bayaqdan onları gözləyən avtomobilə əyləşən iki qadın nəzərlərini cəlb etdi.
Avtomobil Qubadan çıxıb Qusar istiqamətinə hərəkət etməyə başladı. Tural və Elməddin hadisələrin bu tərzdə getməsindən məmnun qaldılar.
Təqib etdikləri avtomobil Qusar şəhərindəki mebel mağazalarından birinin qarşısında dayandı. Əvvəlcə sürücü düşüb içəri keçdi. Bir neçə dəqiqədən sonra mağazadan bayıra çıxıb bayaqdan onu gözləyən xanımlara əl yelləyərək düşüb gəlmələrini işarə etdi.
Artıq hər şey hazır idi. Qadınların mağazaya girmələri ilə Turalın şüşəni sındırıb çantanı götürməsinin arasında heç bir dəqiqə vaxt keçmədi.
Mağazadan səsə çıxan alıcılar gördükləri mənzərədən şoka düşdülər. Çilik-çilik olmuş şüşə qırıntılarını gördükdə ilk öncə qəza olduğunu düşündülər. Sonradan avtomobildə unutduqları əl çantantasının yoxa çıxdığını biləndə nə baş verdirini anladılar.
Polisə zəng vurdular. Yaradılmış əməliyyat-istintaq qrupu məlumatı alan kimi hadisə yerinə yollandı. Ərazidəki bütün nəzarət kameraları bir-bir incələndi. Sakinlərlə söhbətlər aparıldı. İntensiv keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirildi. Amma Qusarı çoxdan tərk etmişdilər. Davam etdirilən tədbirlər nəticəsində onlar Bakıda saxlanılaraq istintaqa təhvil verildilər. Hadisənin necə baş verməsinə gəlincə, onu demək olar ki, Tural və Elməddin, əsasən, xanım sürücüləri hədəfə alırlarmış. Hər cinayət törədənin bir üsulu olduğu kimi, bunların da özlərinə məxsus «dəsti-xətləri» varmış. İstintaqa verdikləri ifadələrindən məlum olub ki, qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını, deməli, onlara aid qiymətli nə varsa, hamısının çantada olduğunu nəzərdən qaçırmayıblar. Pusquda durub bir göz qırpımında gözaltı etdikləri avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları qələmə oxşar ucu iynə kimi şiş alətlə yan şüşəni sındıraraq əllərinə keçən qiymətli nə varsa götürüb aradan çıxıblar.
İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.
Çingiz Şıxverdiyev,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis polkovnik-leytenantı
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










