Polis rəisi işdən niyə çıxarılıb? - Ehtimal olunan səbəb təkzib olundu

Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir: “Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir. Birmənalı olaraq bildirirəm ki, polis polkovniki Təhmasib İbrahimov daxili işlər orqanlarında uzun müddətli xidməti dövründə həmişə özünü yüksək erudisiyalı, savadlı, peşəkar bir polis zabiti kimi göstərib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsində Təhmasib İbrahimov öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaran rəhbər polis zabitlərimizdən biri olub. Elə bu müsbət keyfiyyətlərini və peşəkarlığını nəzərə alan DİN rəhbərliyi təqaüd yaşına çatdıqdan sonra onu əlavə 5 il xidmətdə saxlayıb. Lakin bu yaxınlarda-dekabr ayında Təhmasib İbrahimov Daxili İşlər Orqanlarında xidmətdə olmanın son yaş həddinə çatdığı üçün cənab nazirin müvafiq əmri əsasında DİN-in fəxri fərmanı ilə təltif edilərək, təqaüdə göndərilib. Hazırda nazirliyinin ən hörmətli və nüfuzlu təqaüdçülərindən biri olan Təhmasib İbrahimovun xidmət yolu gənc polis zabitlərinin hər biri üçün örnəkdir”.
“Qafqazinfo” xatırladır ki, polis rəisinin vəzifədən uzaqlaşdırılması Salyanda 5 nəfərin qətli ilə bağlı cinayətin üzə çıxmasından sonra baş verib. Bu addım media və cəmiyyət tərəfindən 2015-ci ildən rayonda polis rəisi olan T. İbrahimovun rəhbərlik etdiyi qurumun hadisə ilə bağlı heç bir nəticəyə nail ola bilmədiyi üçün nazir tərəfindən cəzalandırılması kimi qəbul olundu. Həmin cinayətin üstünü isə məşhur aparıcı Xoşqədəm Hidayətqızı açmışdı. Məlum olmuşdu ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd qızı əri və oğlu tərəfindən qətlə yetirilərək yaşadıqları evin zirzəmisində bastırılıblar.
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO










