Banner

Polis rəisi keçmiş arvadının məhkəməsində ifadə verib

Gündəm 10 Dekabr 2016 15:43 Oxunub 2310
Polis rəisi keçmiş arvadının məhkəməsində ifadə verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vatsap yazışması məhkəməyə təqdim edlib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərov şahid qismində ifadə verib. O, üç il bundan əvvəl L.Əkbərovadan ayrıldığını, onunla birgə üç uşaqlarının olduğunu deyib. Şahid keçmiş həyat yoldaşının bir neçə adama borcu olduğunu etiraf edib: "Bir neçə adam gəlib Leylanın borcu olduğunu söylədi. Həmin pulları qaytardım. Sonra bu işlərdən bezib, ondan ayrılmaq qərarına gəldim. Hətta evimi də satıb, Leylanın borcunu qaytardım. Guya mən Dəyanət Məmmədovdan universitetdə ikinci təhsil diplomu almaq adı ilə pul almışam. Bu, yalandır".

Zərərçəkmiş Dəyanət Məmmədov çıxış edərək qeyd edib ki, M.Ələkbərov onu Naxçıvan Dövlət Universitetində ikinci təhsil doplomu almaq adı ilə 12 min manat pul alıb: "Həmin pulu "Arpaçay" restoranında Mahirə verdim. O, həmin yerə polis maşını ilə gəlmişdi".

D.Məmmədovanın həyat yoldaşı Anarə Məmmədova da məhkəmədə söyləyib ki, digər qohumlarını işə düzəltmək və pensiya sənədlərini hazırlamasında L.Ələkbərova ilə tanış edib: "Ümumilikdə Leylaya 116 min mant pul ödəmişik. Bu pullardan isə 49 min manatını geri qaytarıb".

D.Məmmədov M.Əkbərovla aralarında olan vatsap yazışmasını məhkəməyə təqdim edib. Şahid qismində məhkəməyə M.Əkbərovun anası və qızı Fidan Əkbərli də gətiriləcək. Məhkəmənin növbəti prosesi dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh