Polis rəisi vaksindən sonra COVİD-19-a yoluxub? - RƏSMİ AÇIQLAMA
Gündəm
6 Aprel 2021 12:36
Oxunub 1264

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Habil Həsənovun vaksinasiya olunmasından sonra COVİD-19 infeksiyasına yoluxması ilə bağlı məlumatlar yayılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, H.Həsənovun yoluxması birinci doza üzrə vaksinasiyadan növbəti doza üzrə vaksinasiya aralığında aşkarlanıb. Daxili işlər orqanlarının əməkdaşlarının ikinci döza üzrə vaksinasiya prosesi davam edir. Tam vaksinasiya olunmayan şəxslərin COVİD-19 infeksiyasına yoluxma riski var. Ona görə də hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydlarına ciddi əməl etməlidir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













