Polis rəisinin arvadının məhkəməsində hakimlər arasında mübahisə düşüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Təqsirləndirilən L.Əkbərovanının vəkili Taleh İbrahimov vəsatətlə çıxış edərək jurnalistlərin iclas zalından çıxarılmasını istəyib. Vəsatətə növbəti prosesdə baxılacaq. Zərəçəkmiş Nurməmmədov Məmmədov və Rayidə Məmmədova dindirilərkən ilkin ifadələrini təsdiqləyiblər. Daha sonra zərərçəkmiş D.Məmmədov ifadə verən zaman hakim R.Salmanovun əməlində rüşvət faktının olduğunu deyib. D.Məmmədov pul alınarkən sənədləşmə üçün zəruri xərclər olduğunu deyib və həmin məsələyə prokurorluqda hüquqi qiymət verildiyini vurğulayıb. Bu zaman məhkəmə kollegiyasının üzvləri arasında mübahisə yaranıb. Digər hakim Mayıl Bayramov həmkarı R.Salmanovun sualına etiraz edib. O, R.Salmanova ittihamdan kənar sual verdiyini bildirib.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib. L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittihamç olunur.
Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












