Polis rəisinin dələduzluqda təqsirləndirilən həyat yoldaşının məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın məhkəməsi davam etdirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, iclasda zərərçəkmiş Ceyhun Tağıyev ifadə verib. O, həyat yoldaşını işə düzəltmək üçün L.Əkbərovaya 9 min manat pul verdiyini deyib. Zərərçəkmiş Leyla Cəfərova və Aynur Cəfərova özlərinə pensiya təyin etdirmək məqsədilə ona pul verdiklərini deyiblər. Zaur Elmanov isə bildirib ki, internat evinə işə düzəlmək üçün Leyla Əkbərova ilə 15 min manat verib.
L.Əkbərova zərərçəkənlərin hamısının yalan danışdığını iddia edib. O, Z. Elmanovdan 11 min manat aldığını və sonra qaytardığını deyib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L.Əkbərova özünü internat evinin müdiri kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilir. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












