Polis rəisinin ölkədən çıxışına qadağa qoyuldu

Sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinahətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmədə zərərməkmiş tərəf sabiq polis rəisi Mahir Əkbərovun məhkəməyə məcburi gətirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatəti geri götürüb. Məhkəmə də M.Əkbərovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarı ləğv edib. Yalnız M.Əkbərovun ölkədən çıxışına qadağa qüvvədə saxlanılıb. Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış üçqn məhkəmədən dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə aprelin 26-da davam edəcək. Qeyd edək ki, L.Əkbərovanın işi işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər. Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. Mahir Əkbərov Binəqədi rayon Polis İdarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi olub.
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq










