Polis rəisinin qızı narkotiklə yaxalandı

Noyabrın 16-da səhər Bolqarıstanda polis rəisi vəzifəsində çalışan məmurun qızı Türkiyədə narkotik vasitə ilə yaxalanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Edirnədə Kapıkule sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçmək istəyən Bolqarıstan vətəndaşı, 23 yaşlı Desislava İ.-nin gödəkçəsinin içərisində gizlədilmiş 3 kq marixuana aşkarlanıb. Desislavanın Bolqarıstanda qəsəbə polis rəisi Miroslav İ.-nin qızı olduğu üzə çıxıb. Bolqarıstanda hüquq fakültəsinin dördüncü kurs tələbəsi olan Desislava və onun olduğu avtomobili idarə edən 30 yaşlı Ahmet K. saxlanılıb. Avtomobilin sərnişin olan Desislavanın bacısı Zornitsa isə nəzarət altında olması şərtilə sərbəst buraxılıb.
Qızının saxlanılması xəbərini aldıqdan sonra Bolqarıstandan Ədirnəyə gələn Miroslav İ. qızının üzərində 3 kq marixuana tapılmasından təəccüblənib və ağlayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












