Polis reydlər zamanı 127 nəfəri saxlayıb

Gürcüstanda ictimai asayişin təmin edilməsi məqsədi ilə həyata keçirilmiş reydlər zamanı 127 nəfər saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayətkarlıq üzrə baş idarəsinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib. Saxlanılan şəxslər qanunsuz silah-sursat saxlamaq və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinirlər. Əməliyyat tədbirləri nəticəsində 73 ədəd odlu silah, 54 ədəd əl qumbarası, 122 detonator, 3740 ədəd patron, 1 kiloqram heroin və müxtəlif dərman vasitələri müsadirə olunub. Bununla yanaşı, 52 min nəfər polis nəzarəti altında yoxlanılıb. Saxlanılan narkotik alverçiləri arasında bir xarici vətəndaş da var. İstintaqla müəyyən olunub ki, həmin şəxs Gürcüstana mütəmadi olaraq narkotik vasitələr gətirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












