Polis reydlərə başlayıb - Çimərliklərdə

Polis çimərliklərdə reydlərə başlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumatda qeyd olunur ki, Xəzər dənizinin sahilboyu ərazilərindəki çimərliklərdə, əyləncə mərkəzlərində, digər kütləvi istirahət yerlərində əcnəbilərin və ölkə vətəndaşlarının təhlükəsizliklərini təmin etmək, sağlamlıqlarını qorumaq məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin müvafiq qurumlarının əməkdaşlarından ibarət qruplar təşkil olunub və paytaxtın ümumilikdə 6 rayonun inzibati ərazisindəki çimərliklərdə fəaliyyət göstərən 86 iaşə obyektində sanitariya-gigiyena və epidemiya qaydalarına, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinin vəziyyəti yoxlanılıb.
Yoxlamalarla Xəzər və Sabunçu rayonlarında fəaliyyət göstərən 16, Suraxanı rayonunda 4 iaşə obyektinin sahibinə İnzibati Xətalar Məcəlləsinin 211 (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), Binəqədi rayonunda fəaliyyət göstərən 3 obyektin sahibinə isə 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılması) maddələri ilə, ümumilikdə, 23 şəxsə inzibati xəta haqqında protokol tərtib və onların məsuliyyətə cəlb olunmaları təmin edilib.
Vətəndaşların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində tədbirlər çimərlik mövsümü başa çatanadək davam etdiriləcək.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












