Polis sərxoş əcnəbilərə atəş açıb, xəsarət alanlar var

Polşanın Zqeş şəhərində Ukrayna və Gürcüstan vətədaşlarından ibarət qrup polis əməkdaşlarına hücum edib. "Report"un məlumatına görə, bu barədə "Dziennik Lozki" xəbər verib.
Xəbərdə bildirilir ki, polis əməkdaşları küçədə patrul xidməti zamanı sərxoş insanları görüblər. Asayiş keşikçiləri onları sakitləşdirməyə cəhd edərək, sənədlərini təqdim etmələrini xahiş ediblər. Bu zaman sərxoş əcnəbilər polis əməkdaşlarını daşa basmağa başlayıblar.
Patrul əməkdaşları əvvəlcə havaya, sonra isə sərxoşlara atəş açıblar.
Nəticədə polis əməkdaşları 13 nəfəri saxlayıblar. Onlardan 4-ü ayağından yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Bundan əlavə, qeyd edilir ki, bir polis əməkdaşı da başından yaralanıb. Faktla bağlı cinayət işi başlayıb.
Polisə hücum edənləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










