Polis tərəfindən döyüldüyünü idda edən qazi danışdı - VİDEO

Bir neçə gün əvvəl Saatlı rayon sakini, veteran, l qrup əlil Həsən Mehtiyev sosial şəbəkələr vasitəsilə çıxış edərək polis tərəfindən təzyiqlərə məruz qaldığını idda etmişdi. DİN-in Mətbuat Xidməti isə bunu təkzib edərək əsassız olduğunu bildirmişdi.
Avtosfer.az xəbər verir ki, həmin şəxs tanınmış məşqçi Kamil Zeynallı ilə birlikdə video çəkərək məsələlərə aydınlıq gətirib.
Bildirib ki, müharibədə aldığı xəsarətlərdən sonra ağrılarına görə ağır narkotik tərkibli dərmanlar qəbul edir. Həmin vaxt da dərman qəbul etdiyi üçün özündə olmayıb və hərəkətləri necə etdiyini xatırlamır.

Qazinin iki ayağı olmadığı və daim ağrıları olduğu üçün bu cür dərmanlar istifadə etmək məcburiyyətində qalır. Həmçinin psixoloji olaraq da problemləri var. Odur ki, hər hansı narazılığının olmadığını və anlaşılmazlıq yaşandığını xatırladıb. Videonu təqdim edirik:
Könül
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










