Polis veteranlarının iştirakı ilə 1550 cinayət hadisəsinin üstü açılıb

Son illər ölkənin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əksər ərazi polis orqanlarında veteranlar şuralarına xidməti otaqların ayrılması onların fəaliyyətlərini lazımi tələblər səviyyəsində qurmağa imkan verir. Şuranın üzvləri qarşıya qoyulan vəzifələrin icrasında xüsusi fəallıq göstərir, vaxtaşırı təhsil müəssisələrində olur, ictimaiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərlə görüşlərdə dini ekstremizmin, radikal cərəyanların, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları barədə ətraflı məlumat verirlər. Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Təkcə bu ilin birinci rübü ərzində respublikanın müxtəlif bölgələrində polis veteranları orta məktəblərdə, lisey və gimnaziyalarda gənclərlə 980 görüş keçiriblər. Onların iştirakı ilə 1550 cinayət hadisəsinin açılması təmin olunub. Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.
Elmin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












