Polis XİN rəhbərinə küçədə velosipedlə gəzməyi qadağan edib - FOTO

Londonun polis xidməti terror təhdidi ilə əlaqədar Böyük Britaniyanın yeni xarici işlər naziri Boris Consona paytaxt küçələrində velosipedlə gəzməyi qadağan edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, xarici işlər naziri indi işə xidməti "Limuzin" avtomobili ilə gedib-gəlməyə məcburdur. Britaniyanın "The Daily Mail" qəzeti Boris Conconun son günlərə qədər Tauer körpüsündə və şəhərin digər yerlərində velosipedlə gəzdiyini, evdən işə bu nəqliyyat vasitəsi ilə gedib-gəldiyini yazıb.
Xarici işlər naziri seçilən Boris Conson London polisinin ona velosipedlə gəzməyi qadağan etdiyi günə qədər bu ənənəni davam etdirəcəyinə ümid edib. Nazirin dostu "The Sun" qəzetinə bildirib ki, polisin qadağası nazirin narazılığına səbəb olub. Lakin o, sonda bununla razılaşmalı olub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













