Polis yetkinlik yaşina çatmayanlarla bağlı maarifləndirmə işi aparır

Bakının Yasamal rayonundakı 158 nömrəli və Nizami rayonundakı 250 nömrəli tam orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirlərdə nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, həmin rayon polis idarələrinin və icra hakimiyyətlərinin nümayəndələri, eləcə də pedoqoji heyət, narkoloq, psixoloq və şagirdlər iştirak ediblər. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov hər iki tədbirdə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın tələb və prinsiplərini izah edərək bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin fəal mövqe nümayiş etdirməsinin vacibliyini bildirib.
A.Adıgözəlov ”Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən yayınmalarının, eləcədə radikal dini qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatların məktəblərdə yayılmasının və təbliğinin qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, Respublika Narkoloji Mərkəzin narkoloq-həkimləri Asif Kəngərli və Elçin Haqverdiyev “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva və Yasamal rayon VVADQŞ-nın rəisi İlahə Əsgərova ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.
Mövzular ətrafında rayon polis orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti strukturlarının məsul nümayəndələri, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının məsul əməkdaşları, məktəb direktorları, müəllimlər, psixoloqlar çıxış ediblər.
Daha sonra geniş müzakirələr keçirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












