Polisdən dəhşətli işgəncə: Lüt soyundurub barmaqlarını qırdılar - VİDEO

İngiltərədə Ceym Klark adlı bir şəxs polis tərəfindən məruz qaldığı qan donduran işgəncəni ortaya çıxara bilmək üçün əlindən gələni edib və sonda istəyinə çatıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, günahsız yerə dəmir barmaqlıqlar arasına atılan şəxs gördüyü qorxunc işgəncə sonrası barmaqlarını itirib.
Dekorator olaraq çalışan 28 yaşlı Klark heç bir günahı olmadığı halda öncə qız yoldaşıyla sırada gözləyərkən polis tərəfindən nəzarətə alınıb. Gənc nə baş verdiyini anlamadan onu polis bölməsinə aparıblar. Klark bir günahı olmadığını söyləsə də, işə yaramayıb.
Ceym Klark PC Christopher Burton adlı bir şəxsə hücum təşəbbüsünə görə nəzarətə götürülüb. Nəzarətdə olduğu zaman polis tərəfindən qorxunc bir işgəncəyə məruz qalıb.
Polislərin barmaqlıqlara atdığı adama əvvəl bibər sprey sıxılıb, sonra lüm-lüt soyundurularaq vəhşicəsinə döyülüb. O, nə qədər qışqıraraq günahsız olduğunu desə də, polislər arxalarına baxmadan təcridxananı tərk ediblər. Nə olubsa da, bu an olub. Polisin dəmir qapını bərk vurmasıyla əli qapı arasında olan Klarkın barmaqları qopub.
Bu qorxunc hadisəni Klark: "Həyatımda belə bir işgəncə çəkməmişdim" deyərək təsvir edib. Gənc yaşanan hadisənin ortaya çıxması üçün böyük bir hüquqi savaş açıb. Hadisə görüntülərinin təhlükəsizlik kameralarına anbaan əks olunduğu məlum olub.
Polislər cəzasını alsa belə, Ceym qanunlara zidd şəkildə aldığı cəza nəticəsində 3 barmağı olmadan həyatını davam etdirəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












