Polisdən əməliyyat: Qanunsuz silahlar müsadirə olundu

Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 patron darağı və 2 ədəd patron götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan “Tula-X” markalı ov tüfəngi götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb. Həmin işlər üzrə saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












