Polisdən həyəcan siqnalı - Bakıda piyada qırğını çoxalıb

Bakı şəhərinin inzibati ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ümumi hadisələrin yarıdan çoxunu piyadavurmalar təşkil edir. Bunu milli.az-a Bakı Şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirib. O qeyd edib ki, ötən müddət ərzində sürət həddinin aşılması nəticəsində baş verən qəzaların sayı 42 faizə enibsə, piyadavurma hadisələrinin sayı artaraq 57 faizə çatıb: "Qeyd edim ki, əvvəllər, piyadavurma ümumi hadisələrin təxminən 50-51 faizini təşkil edirdi. Aparılan təhlillər göstərir ki, bu il yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu faktı təkcə yol polislərində deyil, bütövlükdə cəmiyyətdə böyük narahatlıq doğurmalı və hamını düşündürməlidir".
V.Əsədovun fikrincə, belə bir statistika bu sahədə təcili şəkildə zəruri tədbirlərin görülməsinə zəmin yaradır: "Paytaxtın inzibati ərazisində yeraltı və yerüstü keçidləri, yaxud səkiləri nəzarətə götürülüb, yol polisləri tərəfindən bu məsələyə diqqət artırılıb. Təkcə son bir həftə ərzində 3574, ondan əvvəlki həftə isə 3841 piyada yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvəlindən piyadalar barəsində 89 minə yaxın inzibati protokol tərtib edilib".
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












