Polisdən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz AÇIQLAMA

Ötən il avqustun 17-dən 18-ə keçən gecə azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa Bulvarında qətlə yetirilib. Ölümündən bir neçə saat sonra cənazəsi doğulduğu Lənkərana xüsusi təyyarə vasitəsilə gətirilən "qanuni oğru" və ertəsi gün şəhərin Kiçik Bazar qəbiristanlığında atasının məzarının yaxınlığında dəfn edilib. Sabah Lənkəranda onun il mərasimi keçiriləcək. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, məzarı üstündə Rövşən Canıyevin heykəli qoyulub, qəbirüstü abidəsinə yeni yol çəkilib. Lənkəranskinin məzarı dəfn edildiyi vaxtdan indiyə qədər hər gün şəhər sakinləri tərəfindən ziyarət olunur. Lənkəranskinin yaşadığı məhəllənin sakinləri əməkdaşımıza bildiriblər ki, il mərasimi sabah səhər saatlarından axşam saatlarına qədər davam edəcək. Kriminal avtoritetə yaxın mənbələrin verdiyi məlumata görə, Rövşən Canıyevin il mərasiminə MDB məkanının məşhur "qanuni oğruları" qatılacaq. Amma Lənkəranskinin hüquq-mühafizə orqanlarında çalışan qardaşı Namiq Canıyev yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini bir o qədər də arzulamır. Çünki o, qardaşının yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.
Lənkəran rayon Polis Şöbəsindən yas mərasimi ilə bağlı verilən açıqlama isə tamamilə gözlənilməz olub. Şöbədən bildiriblər ki, yas mərasimi ilə bağlı Lənkəran şəhərində hər hansı təhlükəsizlik və ya digər tədbirlərin görülməsi planlaşdırılmır. Yerli polis "qanuni oğru"nun il mərasiminin sakit keçəcəyini ehtimal edir. Lənkəran sakinləri isə o fikirdədirlər ki, Rövşən Lənkəranskinin ailəsi və dostları bütün zəruri tədbirləri görəcək. Odur ki, hüquq-mühafizə orqanlarının hər hansı tədbir görməsinə ehtiyac yoxdur.
Bu gün səhər saatlarından başlayaraq, şəhər sakinləri Lənkəranskinin məzarına axın etməyə başlayıblar. Sabah qələbəlik olacağını düşünən insanlar, onun qəbrini bu gün ziyarət etmək qərarına gəliblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













