Polisdən Lənkəranskinin qardaşı ilə bağlı - Açıqlama

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev saxlanılmasına münasibət bildirib. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, idarədən bildirilib ki, həyata keçirilmiş operativ-axtarış tədbirlər nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılanlar arasında azərbaycanlılar da var: "Dünən gecə onlar saxlanıldığı üçün izahatları bu gündən alınmağa başlayıb. Əgər kiminsə bu cinayətdə günahı yoxdursa, yaxın iki gün ərzində sərbəst buraxılacaq. Əks halda Türkiyə qanunvericiliyinə uyğun olaraq işləri məhkəməyə göndəriləcək".
İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Namiq Canıyevin səhhəti və deportasiya olunmasına da münasibət bildirilib. Vurğulanıb ki, Namiq Canıyev və digərlərinin sağlıq durumu yaxşıdır. Hadisə nəticəsində onlardan heç biri güllə yarası və yaxud hər hansısa bir xəsarət almayıblar:
"Gündə 3 dəfə yeməkləri verilir. Sağlıq durumları hər gün yoxlanılır”.
Namiq Canıyevin deportasiya olunması məsələsinə gəldikdə isə İdarədən qeyd edilib ki, bu barədə məlumatı qarşıdakı iki gün ərzində bilmək mümkün olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












