Polisə bıçaqla müqavimət göstərilib - Bakıda

Bakıda internet kluba basqın edən şəxs polisə bıçaqla müqavimət göstərib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 28-də saat 06 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki internet klublardan birinə girmiş naməlum şəxs orada xəzinədar işləyən İlkin Nəzərəliyevi yumruqla vurub və bıçaqla hədələyərək oradan 99 manat pul aparıb.
Həmin şəxs ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib. Buna baxmayaraq, Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs tutularaq 13-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Qüdrət Həsənov olması müəyyən edilib. Üzərinə baxış zamanı 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram heroin aşkar edilərək götürülüb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












