Polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib - Hacıqabulda

Hacıqabulda polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib. Avtosfer.az xəbər verir ki, DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 4-də Hacıqabul şəhərində yaşayan Həsrət Şahverənovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan ŞPŞ-yə məlumal daxil olub. Şirvan və Hacıqabul Şəhər Rayon və Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Saxlanılan zaman Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Ağayev bıçaqla müqavimət göstərib. Polis əməkdaşları onu zərərsizləşdirərək istintaqa təhvil veriblər. Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












