Polisə müqavimət göstərən şəxsin məhkəməsində şahid ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Xəyyam Vəliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Dövlət Yol Polisi (DYP) əməkdaşı Elçin Həsənəliyev ifadə verib. O, qeyd edib ki, xidmətdə olduğu zaman digər DYP əməkdaşı Elnur İsgəndərov vətəndaşın onlara qarşı zor tətbiq edərək, müqavimət göstərdiyini bildirib: "Bu zaman mənimlə birlikdə xidmətdə olan digər polis əməkdaşı ilə birgə "Nizami" kinoteatrının qarşısına gəldik. Biz ora gələndə polis əməkdaşı Elnur İsgəndərov və onun birlikdə xidmətdə olan digər polis əməkdaşı da həmin ərazidə idi. Onlar ağ rəngli "Range Rover" markalı avtomobili saxlamışdılar. Sonradan öyrəndim ki, sürücünün adı Xəyyamdır. Çox aqressiv olan Xəyyam Elnurla mübahisə edirdi. Həmçinin o, nalayiq ifadələr işlədirdi. Onu polisə apardılar. Sonra nə baş verdiyindən xəbərsizəm. Mən nə bilirəmsə, danışdım. Hadisə 2 il əvvəl olub". X.Vəliyevin vəkili şahidin ifadələri arasında ziddiyyətlərin olduğunu və istintaqa ifadəsinin elan edilməsini istəyib. Məhkəmədə polis əməkdaşı E.Həsənəliyevin istintaqa verdiyi ifadəsi elan olunub. Daha donra E.Həsənəliyev dediklərini təsdiq etdiyini və ziddiyyətli fikir bildirmədiyini söyləyib. Məhkəmənin növbəti prosesi fevralın 9-na təyin edilib. Qeyd edək ki, X.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və zor tətbiq etmək) maddələri ilə ittiham olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












