Polisə olunan müraciətlər araşdırılmır? - DİN-dən AÇIQLAMA

"Bir qrup Göyçay rayon sakininin onlara qarşı dələduzluq edən şəxs barədə polisə olunan müraciətlərinin araşdırılmaması ilə bağlı iddiaları həqiqəti əks etdirmir".
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.
O bildirib ki, həmin şəxslər Rəvanə Kərimovanın onların etibarından sui-istifadə edərək, biznes qurmaq adı ilə xeyli məbləğdə pullarını ələ keçirdiyini bildirib və barəsində qanuni tədbir görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər:
"Nizami Rayon Polis İdarəsində aparılan ilkin araşdırmanın nəticəsində məsələnin mülki xarakterli olduğu aydınlaşıb və zərərçəkmişlərin məhkəməyə müraciət etmələri bildirilib. Sentyabrın 20-də isə Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rəfael Musayev Rəvanə Kərimovanın qardaşı Əbülfəz Həbibbəylinin onun oğlu Rauf Musayevdən 70 min manat pul tələb etdiyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələdiyini bildirib. Buna səbəb kimi isə Rəvanə Kərimova barəsində polisə etdiyi şikayəti əsas gətirib. Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA










