Polisə rüşvət verdiyinə görə məhkəmə qarşısına çıxacaq

Rusiyanın Kamçatka vilayətində Azərbaycan Respublikası vətəndaşı vəzifəli şəxsə rüşvət vermək ittihamı üzrə məhkəmə qarşısına çıxacaq. Avtosfer.az report-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin Kamçatka diyarı üzrə İstintaq İdarəsinin Petropavlovsk şöbəsinin müstəntiqləri 34 yaşlı həmyerlimizə qarşı qaldırılan cinayət işinin araşdırmasını başa çatdırıblar.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi üzrə törədilən cinayətdə (rüşvət vermək) ittiham olunur.
İstintaqın məlumatına görə, 2016-cı ilin aprel ayında müttəhim Petropavlovsk-Kamçatski şəhərinin Tuşkanova küçəsində yerləşən polis sahə məntəqəsinin xidməti otağında olub. O, orada Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin polis sahə müvəkkilinə meyvə-tərəvəz satmaq üçün qanunsuz yerləşdirilmiş ticarət obyektinə görə tanışının inzibati məsuliyyətə cəlb edilməməsinə görə 3 min rubl məbləğində rüşvət verib.
İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi vəzifəsinin icraçısı Denis Voloşenko bildirib ki, o, pulu verdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs günahını etiraf edib və bu hərəkətinə görə peşmançılıq hissi keçirib.
Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və sonradan məhkəməyə göndərilməsi üçün prokurorluğa verilib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












