Polisə rüşvət verməyə cəhd etdiyinə görə 4 ay müddətinə həbs olunub - Rusiyada

Rusiyanın Kalininqrad vəlayətinin Quryevski rayonunda Azərbaycan Respublikasının vətəndaşı polis məmuruna rüşvət verməyə cəhd etdiyi üçün həbs cəzasına məhkum edilib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, bu barədə Quryevski rayon məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Məlum olub ki, vətəndaşımız Rusiya ərazisində qanunsuz şəkildə yaşayıb. 2016-cı il may ayının 24-də sahə polis müvəkkili həmin şəxsi inzibati qanun pozuntusuna görə, protokol tərtib etmək və məsuliyyətə cəlb etmək üçün onu polis bölməsinə dəvət edib.
Azərbaycan vətəndaşı da cəzadan qaçmaq üçün sahə polis müvəkkilləri və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin rəisinə əvvəlcədən vəd verdiyi rüşvətin bir hissəsini - 5000 rubl verib. Əvvəlcədən razılaşdırılmış rüşvətin məbləği isə 50000 rubl olmali idi.
Belədə polis məmuru ona verilən bu pulu götürməkdən imtina edib. Rüşvəti təqdim edən qanunsuz miqrant saxlanılıb, pullar müsadirə olunub.
Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi - vəzifəli şəxsə rüşvət vermək üzrə mühakimə olunub. O, 4 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə koloniyasında çəkəcək. Hökm qanuni qüvvəyə minməyib.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










