Polisə xəsarət yetirən şəxs saxlanıldı - Bakıda

Bakıda hüquq-mühafizə orqanının əməkdaşına müqavimət göstərərək xəsarət yetirən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Emin Atayev polis əməkdaşı ilə mübahisə edib onun qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməklə ona xəsarət yetirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə; həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb və E.Atayev axtarışa verilib.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində E.Atayev saxlanılıb.
Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












