Polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə xəsarət yetirməkdə təqsirləndirilən Yalçın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Cəfərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus "VAZ-2107" markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən yaxalanıb. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib. Daha sonra Nəsimi RPİ 19-cu Polis Bölməsinə gətirilən Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstəməsi, eləcə də Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












