Polisə zibil atan sakinlər evdən çılpaq çıxarıldı - ANBAAN VİDEO
Gündəm
8 İyun 2020 15:23
Oxunub 2788

Yaxınları onun üst paltarlarını geyinməsinə icazə verilməsini istəsə də, polis buna məhəl qoymayıb
Bakının Yasamal rayonu ərazisindəki yaşayış binasında karantin qaydasını pozduğu üçün saxlanan 11 nəfərdən birinin evindən çıxarılaraq saxlanılmasının videosu yayılıb.
Avtosfer.az-ın məlumatına görə, polis evlərdən birinin qapısını döyüb, daha sonra evə girərək axtarış aparıb. Ev sakinləri uşaq olduğunu bildirsələr də polis axtardığı şəxsi yatdğı yerdə tutub.
Yaxınları onun üst paltarlarını geyinməsinə icazə verilməsini istəsə də, polis buna məhəl qoymayıb.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, dünən sözügedən binanın sakinlərinin polisə zibil atmasının görüntüləri yayılmışdı.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













