Polisi bıçaqlayan şəxslərin məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə məhkəmədə sənədlərin tədbiqi mərhələsininin başlanıldığı elan olunub. Daha sonra iclasda hadisənin videogörüntüsü nümayiş etdirilib. Təqsirləndirilən Ə.Həsənovun vəkili Orxan Əhmədov çıxış edib. O, müvəkilinin özünü qorumaq niyyəti ilə elə hərəkət etdiyini deyib. Hakim məhkəmə istintaqının başa çatdırıldığını elan edib. Dövlət ittihamçısı çıxışa hazır olmadığını söyləyərək, məhkəmədən vaxt istəyib. Növbəti proses aprelin 25-nə təyin olunub. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Xatırladaq ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










