Polisi güllələyən şəxs iş adamının qardaşıdır

Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, silahlı hücumu edən şəxs “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.
Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.
Bildirək ki, artıq cinayətkar dəstə üzvləri yaxalanıb.
Bu arada hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar. Məlumata görə, Müşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar. Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












