Polisi öldürən sərxoş sürücüyə ağır cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il Seyran Seyidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Avtosfer.az lent.az-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Seyran Seyidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Seyran Seyidovun vəkili müdafiə çıxışı edib.
Məhkəmə prosesi iyunun 10-da davam edəcək. Təqsirləndirilən şəxs prosesdə son söz deyəcək.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu paytaxtda polislərin düşdüyü ağır qəza ilə bağlı məlumatda bildirilir ki, yanvarın 4-də saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












