Polisi öldürməyə cəhd edənə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Elvin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək, prosesin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib. Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili prosesin istintaqla aparılması barədə vəsatət verib. Məhkəmə vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Ali Məhkəməyə kassasiya şikayəti həmin qərardan verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.
İttiham aktına əsasən, E.Məmmədov 2015-ci ildə növbəti dəfə cinayət törətməyə cəhd edərkən onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb.
O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə), 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham olunub.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










