Polisin qaçırdığı avtomobillə bağlı rəsmi açıqlama: “Başqa maşının nömrəsiylə…”

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər sakini, Elmir Tapdıqova məxsus itmiş avtomobilin 1 saylı cərimə meydançasında tapılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev aznews.az-a açıqlamasında bildirib ki, sözügedən avtomobilin üzərindəki dövlət nömrə nişanı axtarışda olan digər maşına məxsus imiş: “O maşının üzərində axtarışda olan avtomobilin nömrəsi olub. Sürücü də parketmə qaydalarını pozduğuna görə, aprel ayının 8-də duracağa aparılıb. Duracaqda müəyyən olunub ki, avtomobil axtarışdadır. Cərimə meydançasına polis bölməsindən də əməliyyatçılar dəvət olunub. Məlum olub ki, nömrə axtarışda olan avtomobilə məxsusdur, amma maşın faktiki olaraq həmin maşın deyil. Sonra müəyyənləşib ki, “Mitsubishi Pajero” markalı avtomobilin nömrəsi 90 LO 919 olub. Lakin üzərindəki nömrə bir başqa oğurluq maşının nömrəsi olub. Məsələlər müəyyənləşdirildikdən sonra həmin avtomobilin buraxılmasıyla bağlı sənəd verilib”.
Xatırladaq ki, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus “Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib. Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












