Polisin qadağan etdiyi qurğuları hərraca çıxardı

Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də hərraca çıxardığı əmlaklarla təəccübə səbəb olub. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, komitə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin maşınlarda quraşdırılmasını qadağan etdiyi və buna görə cərimə tətbiq edilən əmlakları hərraca çıxarıb.
Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarı 5 dekabrda təşkil ediləcək hərraca antiradar təqdim edib. Antiradarın qiyməti 22 manat 5 qəpikdir.
Xatırladaq ki, antiradar qurğusu yollardakı bütün radarları göstərir. Abtomobilə quraşdırılan bu qurğu radar olan əraziyə yaxılaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir. İndiyə kimi avtomobillərdə antiradar cihazlardan istifadə edən sürücülər 800 manat məbləğində cərimə olunub. Bildirək ki, antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da mətbuata açıqlamasında bildirib ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və 500 manatdan 800 manata qədər cərimə edilir.
Bundan başqa, hərracda satışa çıxarılan digər əmlak çoxavazlı səs siqnalıdır ki, bu da müəyyən zamanlarda qadağan edilib. Hətta yol polisi bununla bağlı müxtəlif zamanlarda reydlər keçirib, sürücülərə bununla bağlı xəbərdarlıqlar ediblər. Satışa çıxarılan çoxavazlı səs siqnalı hərracda 30 manata təqdim edilib.
Qeyd edək ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və bu kimi avtomobillərə quraşdırılan bəzi qurğular qanunla qadağan edilib. V. Əsədovun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, belə səs siqnalları müsadirə edilir. Yüksək tonlu, çoxavazlı, səsi artırıb-azaldan sirena və ya musiqi səsli siqnalların avtomobillərə tətbiq edilməsi və onlardan istifadə edilməsi qanunla tənzimlənir.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










