Polisin saxlamaq istədiyi gənc özünü doğradı - Polisdən qaçırdı - FOTO

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə lezva ilə xəsarət yetirib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasının keçidində baş verib. Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib. Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunu sərbəst buraxılmasını istəyib. Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ













