Polisin tapdığı itkin şəxs ailəsinə necə qaytarılır? - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə itkin düşən şəxslərin ailəsinə qaytarılması ilə bağlı müzakirələr aparılır. Əsasən tapılan şəxsin ailəsinə qaytarılması prosesində onun fikrinin öyrənilməsi əsas gətirilir. Bəlkə həmin şəxs ailəsinə qayıtmaq istəmir?
Avtosfer.az xəbər verir ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev aydınlıq gətirib.
E.Hacıyev bildirib ki, itkin düşmüş kimi axtarışı aparılan və polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilən şəxslərlə bağlı gündəlik hesabat verilir:
"Bu şəxslərlə bağlı soruşulur ki, bəlkə həmin adam ailəsinə qayıtmaq istəmir, polis hansı tədbirləri görür? Polis əməkdaşları yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir. Axtarışda olan şəxs tapıldıqda, ilk növbədə onun sağlamlığı yoxlanılır, ailəsi ilə ünsiyyətdə öz iradəsi ilə olub-olmadığı müəyyən edilir. Zorakılıq ehtimalı varsa, araşdırılır və həmin şəxs ailə mühitinə qaytarılmır, əksinə, müdafiə mexanizmləri işə düşür. Yəni məqsəd kimisə kiməsə təhvil vermək deyil, şəxsin təhlükəsizliyini təmin etməkdir. Hər kəsin iradəsinə hörmət olunur və zorakılıqla bağlı ən kiçik şübhə belə diqqətdən kənarda qalmır, qalmamalıdır".
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










