Polisin təşkilatçılığı ilə problem aradan qaldırıldı - FOTO

DİN Daxili Qoşunlarda şərəfli döyüş yolu keçərək şəhid olmuş Bəhruz Ağaverdiyevin adını daşıyan Qusar rayonundakı 1 nömrəli tam orta məktəbə texniki səbəblərdən yaranan nasazlıq səbəbindən bu ilin aprel ayından içməli su verilişi dayandırılmışdı.
Təhsil müəssisəsinin kollektivi və valideyn komitəsinin üzvləri məktəbin içməli su problemini müzakirə edərkən məlum olub ki, yaxınlıqdakı su xətti məktəbin 130 metrliyindən keçir. Bu problemin qısa zamanda həlli və şagirdlərin rahatlığının təmin olunması üçün orta məktəbin kollektivi Qusar RPŞ-nin Şahdağ Polis Bölməsinə müraciət ediblər.
Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmovun məktəb rəhbərliyi ilə görüşəndə problemin aradan qaldırılması, görüləcək işlər müzakirə olunub. Vətəndaş müraciətlərinə həmişə həssaslıqla yanaşan Şahdağ Polis Bölməsinin əməkdaşları bu problemin aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyiblər.
Polisin təşkilatçılığı ilə görülən işlər nəticəsində məktəbə içməli su xətti çəkilib və problem artıq aradan qaldırılıb. Həmçinin su xətti çəkilən zaman dağılan asfalt yol da yenidən təmir edilərək istifadəyə verilib.
Məktəb rəhbərliyi, şagird və valideynlər polisin bu xeyirxah təşəbbüsündən və əməlindən məmnun qalıblar və bu nəcib addımı yüksək qiymətləndiriblər.
Anar Qafarov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















