“Polis”lər müğənninin azərbaycanlı köməkçisinə 100 min “atmaq” istədilər

Türkiyədə məşhur müğənni Müəzzəz Ersoyun azərbaycanlı köməkçisi Azər D. özünü polis kimi təqdim edən dələduzların hədəfinə tuş gəlib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, dələduzlar Azər D.-ni Müəzzəz Ersoyla bir arada görərək onu müğənninin oğlu zənn ediblər və aldatmaq qərarına gəliblər. Özlərini polis kimi təqdim edən dələduzlar müğənninin köməkçisinə zəng edərək “biz antiterror polisiyik, bank hesablarınız terror təşkilatının nəzarətinə keçib. Şübhəliləri yaxalamaq üçün 100 min TL yardımınız lazımdır” deyiblər. Lakin Azər D. zəng vuranların polis olmadığını dərhal başa düşüb və onları tora salmaq üçün özünü deyilənlərə inanırmış kimi göstərib. Müğənninin asistenti onlara istədikləri pulu verəcəyini deyib, daha sonra polisə məlumat verib. Asayiş Şöbə Müdirliyinin dələduzluğa və cibgirliyə qarşı mübarizə bölməsinin əməkdaşları əməliyyat qrublar və Azər D.-yə şübhəli ilə təkrar danışması üçün təlimat veriblər. Azərbaycanlı dələduzlara zəng edərək tələb olunan məbləği hazırladığını, İstanbul Etilerdə həmin pulu çatdıracağını deyib. Təyin olunan yerdə onlar görüşüblər və dələduzlar müğənninin asistentinin əlindən pulla dolu torbanı almaq istəyəndə yaxınlıqda pusqu quran polislər onları həbs ediblər.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












