Polislər özünü qatarın altına atmaq istəyən qıza mane oldular - Bakıda

İntihar cəhdlərinin sayı günbəgün artır. Bəzən ən gülməli səbəblər radikal addıma təkan olur. Amma gənclərin bəzilərinin yaşamaq istəməyib, uçuruma addımladıqları heç də gülməli deyil.
Oktyabrın 19-da metronun “Gənclik” stansiyasında saat 14:00 radələrində bir qız özünü qatarın altına atmaq istəyib, amma “Bakı Metropoliteni” polisinin əməkdaşları intihar cəhdinin qarşısını alıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər.
Araşdırma nəticəsində məlum olub ki, qız nakam məhəbbəti nəticəsində intihar etmək istəyib, o Şahin adlı gəncdən ayrılıb. Qızın kimliyi müəyyənləşdirilib. O, 1992-ci il təvəllüdlü Gülümbar M.adlı Bakı sakinidir. Polis əməkdaşları qızın atası ilə əlaqə saxlayıblar və onu atasına təhvil veriblər.
“İşin materiallarını prokurorluğa vermişik. Bir ay öncə “Bakı Metropoliteni”ndə anoloji hadisə baş vermişdi. Sevdiyi oğlanın tərk etdiyi qız özünü qatarın altına atmaq istəmişdi, amma polislər mane olmuşdular”, - polis əməkdaşları bildirib.
Bununla yanaşı, polislər istehza ilə bəzən cinayətkarları yaxalamaq və asayişi qorumaqdan başqa, belə könül məsələlərini də həll etməli olduqlarından danışıblar.
“Öz bədbəxt həyatından şikayətlənən qızlar bir neçə bağlama salfet verməli oldular və “hər şey keçər” deyə təsəlli etməli olublar”.
Asayiş keşikçilərinin iş günü bax belə keçir...
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










